Reklam verin!

Rammstein - Alman Fenomeni

Yazar: Zahir Əzəmət @ Fevral 14, 2008 22:53

Qrupun adı: “Rammstein” – alman metal qrupu 1994-cü ildə yaranmışdır. Öz musiqi stillərini onlar Tanz-Metal, və yaxud “dans-metal” adlandırırlar, hansı ki özündə elektron musiqi, metal və industrialın elementlərini birləşdirir. Sadəcə almanca musiqi yaradırlar və “Rammstein”ın qurulduğu 1994-cü ildən indiyə kimi dünya miqyasında 12 milyon albom satmışlar. Qrupun adı ilə bağlı isə çoxlu və maraqlı informasiyalar vardır. İlk öncə, belə qəbul olunmuşdur ki, bu ad qərbi alman şəhəri (qəsəbəsi) olan Ramştayndan (alm. Ramstein)  götürülmüşdür.

Belə ki, 1988-ci ilin 28 avqustunda amerikan BBC-nin aviaşousu zamanı şou göstərən 3 təyyarənin havada toqquşması və bu təyyarələrdən birinin insanların üstünə düşməsi nəticəsində 70 nəfərin – 67 izləyici və üç pilotun  həlak olması ilə nəticələnən aviakatastrof  qrup üzvlərində uzun müddət təəssürat oyatmışdır. Hətta ilk əvvəllər kollektiv “Rammstein - Flugschau” (Aviaşou-Ramştayn) adı ilə çıxış etmişdir. “Rammstein” mahnısı – qrupun “vizit kartı” hesab olunur, hansı ki, özündə Ramştayn hərbi-hava bazasında baş vermiş faciəli olaydan xatirələr daşıyır. “Ramstein” adına əlavə bir “m” hərfi də əlavə etməklə “qüvvətlə dəyən qaya” mənasını verən “Rammstein” adını götürürlər. Bundan başqa, “Rammstein” Roma silahlarından biri olan və XV əsrin sonlarına qədər geniş yayılmış, hücum edilən şəhərlərin qalasının bürc və qapılarının sındırılması üçün istifadə olunmuş bir alətin də adının azərbaycanca tərcüməsidir. Həmçinin “Rammstein” yıxılan Berlin divarında müdafiə məqsədilə qapıya ən yaxın yerlərdə istifadə olunan  iri daş qurğulara verilən ad olmuşdur. Adla bağlı bütün bu müxtəlif maraqlı informasiyalara baxmayaraq, başlanğıcda onlar ümumiyyətlə heç bir addan istifadə etmirdilər. Sadəcə əyləncə üçün musiqi yaradır və öz əvvləki qruplarında ifa etməyə davam edirdilər. Lakin “Rammstein” parçası o qədər sevilir və bir simvol halına gəlir ki, artıq özləri də özlərini ciddiyə almağa başlayırlar, lakin qrup adı kimi qəbul etdikləri “Ramstein” sözünün onlara bəlkə də bir basqı təhlükəsi yarada biləcəyi səbəbiylə, bir “m” hərfi də əlavə etməklə yuxarıda qeyd etdiyim mənaları verən “ Rammstein”ı yaradırlar. Bu adla qəzada ölənlərin təhqir olunmasını diqqət mərkəzinə gətirən jurnalistlərə belə bir cavab verilir : “Metall ifa edən bir çox qruplar, məsələn “Megadeth” və “Napalm Death” də qorxulu adlardan istifadə edirlər, biz istisna deyilik.” 

Qrupun yaranması: Beləliklə, ardıcıllıqla başlayım. Qrupun əsası başlanğıcda müxtəlif qruplarda çıxış edən üç nəfər tərəfindən qoyulmuşdur : Till Lindemann (əvvəllər “First Arsch” kollektivində baraban ifa etmişdir, lap əvvəllər  isə o, sabiq idmançı, üzgüçülük üzrə vitse Avropa çempionu olmuşdur.Bir zədələnmə səbəbiylə idman karyerasına son vermişdir. Kim bilir, bəlkə də həmin zədələnmə olmasaydı, indi “Rammstein” necə olacaqdı və ümumiyyətlə olacaqdımı?!), Rixard Kruspe (Richard Kruspe – “Orgasm Death Gimmick”də çıxış etmişdir) və Kristof Şnayder (Christoph Schneider – “Die Firma”da if etmişdir). Hər şey ondan başlayır ki, bir dəfə Till Lindemannın  çoxdankı dostu Rixard Kruspenin, hansı ki, həmişə Tillin səsini çox bəyənirdi, ağlına Tillin səsinin ağır musiqidə necə səslənəcəyinə qulaq asmaq ideyası gəlir. Tillin sözlərinə görə, Rixard hansısa kaseti gətirir və Tilli bu musiqinin müşayiətilə oxumağa məcbur edir. Bu təcrübə Rixardın o qədər xoşuna gəlir ki, dostuna hələ yaranmamış bir qrupun vokalisti olmağı böyük həvəslə məsləhət görür. Bu danışıqlar ancaq üçüncü gün reallaşmağa başlayır və onlar üçlükdə ( Rixard təcrübə mahnılarının yazılışına Kristof Şnayderi də dəvət edir)  yeni bir qrup yaratmağı qərara alırlar və təcrübə üçün bir neçə mahnı yazırlar. Nəticə onların hər üçünün xoşuna gəlir və onılar bu qərarlarında qalırlar.       Və budur, 1993-cü ildə “adsız üçlük” Berlin rok-festivalında iştirak edir. Bu uğurdan sonra üzvlər belə qərara gəlirlər ki, üç üzv – professional bir komanda üçün çox azdır və onlara daha üç nəfər də qoşulur : Paul Landers ( Paul Landers), Xristian “Fleyk” Lorens ( Christian “Flake” Lorenz) – hər ikisi eks “Feeling B” pank-qrupundan və Oliver Ridel ( Oliver Riedel) eks “The Inchtabokatables”dən. Qeyd etmək lazımdır ki, altılıqdan yalnız ikisi professional musiqiçi hesab olunur. Bunlar “Feeling B” pank-qrupunda çıxış etmiş Paul və “Fleyk”dir. Klavişli alətlərdə ifa edən “Fleyk”in (Chritian Lorenz) qrupa qatılması bir qədər çətin oldu, çünki digərlərindən fərqli olaraq o, klassik musiqi anlayışına sahib idi və musiqidə monotonluğa, qabalığa, musiqi çatışmazlığına qarşı idi.  Lap başda çalışmalarda iştirak etsə də tam olaraq “Rammstein”ı qəbul etmədi, hələ də etmiş deyil. Ancaq “Fleyk”in “Rammstein”a qarşı olan bu baxışı qrupa maraqlı bir dəyişiklik qatdı və klassik musiqi anlayışı “Rammstein”ın musiqisini melodik tərzi ilə rəngləndirdi. “Fleyk”in özünün dediyinə görə, “o qrup üzvlərini ifa etdiyi musiqini bəyənmir və klavişdə sadəcə onların musiqisinə təcavüz edir”. Lakin elə məhz belə bir “qarşıdurma” “Rammstein”ın çox fərqli və təkrarolunmaz stilinin əsl səbəbi hesab oluna bilər.     

"Rammstein" bir çox plaka şirkətlərinə demo göndərib rədd cavabı aldıqdan sonra, 1995-ci ildə “MotorMusic/PolyGram”la müqavilə imzalayır. Jacob Hellner ilə Stokholmda “Herzeleid” adlı ilk albomlarını yazırlar və sonra qısa zaman içində böyük uğur qazanan “Du Riechst so Gut” və “Herzeleid” adlı sinqllarını çıxarırlar. Həmin ildə də Almaniyada “Project Pitchfork” ilə birlikdə tura çıxırlar və Praqada, Varşavada konsertlər verirlər. 1995-ci ilin sonlarına yaxın isə Almaniyada sadəcə “Rammstein”olaraq öz başlarına tura çıxmaq istəyirlər. Bu arada isə “Herzeleid” albomunun qapağında yer alan fotoqraflar üzündən media tərəfindən neo-nasist olmaqda günahlandırılırlar. Jurnalistlərə görə, qapaqda “təmiş uşaq” olaraq poza verən “Rammstein” üzvləri Hitlerin ali irq düşüncəsini xatırladırdılar.      1997-ci ildə qrup “Sehnsucht” adlı ikinci albomlarını çıxarır və nəticə ilk albomdan daha böyük uğur gətirir. Xüsusən də “Du Hast” adlı parça geniş miqyasda şöhrət qazanır və “Ən Yaxşı Metal Performansı” nominasiyası üçün bir Alman qrupu olaraq ilk dəfə namizəd göstərilir.      

“Rammstein”ın parçalarında istifadə etdiyi dil – “Du Hast” və “Engel”in İngiliscə versiyaları da çıxarılmasına baxmayaraq hər zaman Almanca olmuşdur. Yeri gəlmişkən, Till Lindemann almanca sözlərlə oynayaraq “Du Hast”da olduğu kimi bir çox mənalar verən ifadələrə öz parçlarında yer verir. “Du Hast” “mənə sahibsən” mənasını verməklə bərabər, “Du Hasst” şəklində söyləndiyində “mənə nifrət edirsən” anlamına gəlir. “Rammstein”ın konsertləri də incə-incə planlaşdırılmış yüksək keyfiyyətli şoulardır. Xüsusən də atəş, alov, duman konsetlərin vaz keçilməyəcək hissəsidir. Till Lindemannın əvvəllər hobbi olaraq məşğul olduğu atəş oyunları sırasında alov silahından istifadə, alov püskürdən ayaqqabı geyinmə, metal bir ox və yayla alov püskürtmə və müxtəlif fişəng oyunlarnın adını çəkmək olar. Bir konsert zamanı alov parçasının tamaşaçıların üzərinə düşməsi nəticəsində faciəli bir olayın böyük bir şans üzərinə qarşısının alınmasından sonra “Rammstein” alov oyunlarını tamamilə bu işdə təcrübəli olan mütəxəssilərə həvalə etdi.    

“Rammstein”ın bütün dünyada tanınmasına səbəb olan əsl səbəbkar isə David Lynch adlı prodyuserdir. Qrup ilk albomlarını satışa çıxararkən, mahnılarına video klip çəkmək üçün bildikləri bir çox prodyuserlərə öz işlərini göndərirlər. Bunların arasında “Blue Velvet”, “Eraserhead”, “Twin Peaks” və “Wild At Heart” kimi filmlərin prodyuseri olan David Lynch də var idi. Prodyuser “Rammstein”a vaxtı olmadığı üçün video klip işiylə maraqlana bilməyəcəyini bildirən bir not yazır və parçalarının da çox gözəl olduğunu da əlavə etməyi unutmur. David sonralar “Herzeleid” albomundan iki parçanı “Lost Highway” filmində istifadə etmək istədiyini “Rammstein”ın menecerinə bildirəcəkdi. O zamanlar “Rammstein” Amerikada heç tanınmırdı belə. Filmlə birlikdə bütün dünyada kütlələri asanca fəth edən qrup artıq bütün dünyada geniş miqyasda tanınmağa başlayır. 1998-ci ildə Berlində canlı olaraq yazılan “Live Aus Berlin” adlı konsert-albomları satışa çıxarılır. Bunun ardınca da Amerika da daxil olmaqla, dünyanın bir çox ölkələrində konsert turnelərinə çıxırlar.       2001-ci ilin martında “Mutter” adlı albomlarını çıxarırlar. Albom “Herzeleid” və “Sehnsucht” qarışıqlı bir atmosferə sahibdir. “Herzeleid”dəki çılpaq qışqırtıcılıq “Sehnsucht”dakı duyğusallıqla qarışmış və albomda xüsusən Till Lindemannın alışıb-yanan vokalı diqqəti cəlb edir. Gitaralar yenə hər zamankı kimi bol təkrarlı və sərt cümlələr ilə uğuldayırlar. Albomdan çıxan üç sinqldan – “Sonne”, “Links 2,3,4” və “Ich Will” – “Sonne”, boksyor Vladimir Kliçkoya  promouşn olaraq istifadə edilməsi üçün yazılmış, ancaq  boksçunun meneceri tərəfindən bəyənilməmişdir...      Bu albomla birlikdə bütün dünya, “Rammstein”la bərabər, nifrətlə üzgünlük arasındakı həssalıqdan doğan onlara məxsus “sərt” səsləri ilə 10-a qədər saymağa başladı: eins, zwei, drei, vier, fünf, sechs, sieben, acht, neun...(ayns, çvay, dray, fia, fünf, zeks, zibn, axt, noyn...) 

Kliplərdən maraqlı nüanslar:    “Du Riechst so Gut” iki dəfə çıxarılmışdır, belə ki, qrup üzvləri mahnını dəyişmək istəmişlər.           “Sonne” klipində Qar qız rolunu Yuliya Stepanova oynayır. Klipin bir neçə hissəsində, hansında ki, Qar qız qrup üzvlərindən yüksəkdə dayanır, çox hündür boylu basketbolçu çəkilmişdir. Qızın üzü və əlləri kompüter vasitəsilə montaj edilmişdir.     “Du Hast” klipində ГАЗ-21 modelli avtomobildən istifadə olunmuşdur, klip özü isə keçmiş sovet hərbi aerodromunda çəkilmişdir.     “Keine Lust” klipi iki variantda çəkilmişdir. Bir variantda qızlar odlu silahdan atəş açırlar. Qızlardan biri isə odadavamlı plaş geyinmişdir, hansı ki çox vaxt “Rammstein” mahnısını Till özü bu plaşda ifa etmişdir.      “Mein Teil” klipi də iki variantda mövcuddur : angelin fellyasiyası ilə və onsuz. (fellyasiya – cinsi orqanın oral stimulyasiyası deməkdir – R.S.)                                                                                                                            

Rəşad Səfərov



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha