Yazar: Zahir Əzəmət @ Avqust 14, 2008 12:45
Hazırda Moskvada yaşayan Rüstəm Məmmədov qrupdan ayrılmasına aydınlıq gətirdiAzərbaycanda son illərdə ən parlaq rok qruplardan biri sözsüz ki, “Unformal” qrupudur. Onun yaradıcılarından biri, qrupun solisti Rüstəm Məmmədov bir neçə ay əvvəl ölkəni tərk edib. İndi o, Moskvada yaşayır, orada öz ikinci peşəsi ilə məşğul olur."Unformal" qrupundan ayrılması, ölkəni tərk etməsi, Azərbaycanda rokun durumu və indiki fəaliyyəti haqqında Rüstəmin eksklüziv müsahibəsini diqqətinizə çatdırırıq.
Davamı...
Yazar: Zahir Əzəmət @ Avqust 14, 2008 12:34
Nurlan Kərimov: "Bu gün Azərbaycan rokunda elə ifaçılar var ki, azərbaycan dilini bilmirlər. Başqa dillərdə bir şey əzbərləyib, oxuyurlar"
"Ozan" rok qrupunun yaradıcısı Nurlan Kərimovun eksklüziv müsahibəsi
Son zamanlar Azərbaycanda rok musiqisi sürətlə inkişaf edir. Yeni-yeni rok qruplar yaranır. Bu qruplardan biri də "Ozan"-dır. İstedadlı gənclərdən ibarət "Ozan" yarandığı qısa zaman ərzində paytaxt sakinlərinin sevgisini qazana bilib. Bunu nəzərə alaraq "Ozan" qrupunun yaradıcısı Nurlan Kərimovla müsahibə etməyi qərara aldıq.
Davamı...
Yazar: Zahir Əzəmət @ İyul 30, 2008 12:46
Qrupun İstanbul konsertindən reportaj27 iyul 2008-ci il tarixində İstanbulda keçirilən "Metallica" rok qrupunun konsertinə bileti çox-çox öncədən almışdım. Onu da deyim ki, Bakıdan İstanbula bu konsert üçün gedəcək bir çox adam var idi. Bunlardan bəzilərini ümumi rok toplumundan tanısam da tanımadığım adamlar da var idi. Konsert zamanı verilən məlumatda məlum oldu ki, 2000 nəfərdən çox xarici vətəndaş gəlib konsertə. Hərçənd mən özümü xarici saymıram.
Davamı...
Yazar: Zahir Əzəmət @ İyul 16, 2008 22:29
Məşhur "Rolling Stones" rok qrupunun gitaristi Ronni Vud alkoqolizmdən müalicə olunmaq üçün klinikaya yerləşdirilib. Bu barədə musiqiçinin mətbuat katibi açıqlama verib.
Davamı...
Yazar: Zahir Əzəmət @ Aprel 6, 2008 1:43
Hard rock və heavy metal monstrı
“Metallica” - ABŞ-ın əfsanəvi metal qrupu, hard rock və heavy metal tərzlərinin dar kütlə səviyyəsindən çıxıb bütün dünyada populyarlaşmasında və sevilməsində əvəzsiz bir rol oynamışdır. 1981-cı ildə qurulan və dəyişik tərzlərdə uğurla çıxış edən qrup, hal-hazırda thrash metal musiqisinin əfsanəsi hesab olunur. Təsadüfi deyil ki, metal musiqinin inkişafında böyük pay sahibi olan “Metallica” - “Slayer”, Megadeth” və “Anthrax”la birlikdə “thrash metalın böyük dördlüyünü”nü təşkil edir. 60 milyon ABŞ-da, 40 milyondan çox tirajla isə dünyanın digər ölkələrində albom satmış qrup, kommersiya baxımından ən uğurlu qruplardan biri hesab olunur.
Davamı...
Yazar: Zahir Əzəmət @ Aprel 5, 2008 1:40
Rock öldü, yaşasın metal!
1965: Şən Dəcəllər
1966-cı ilə qədər heç olmasa bir saykedelik (psychedelic) mahnının yazılıb-yazılmadığını demək çətindir. Yalnız 1965-ci ildə bir neçə istedadlı ingilis rok qrupunun bəzi mahnıları bu stilin yaranıb inkişaf etməsinə təkan verir və tarixi bir neçə il qabağa çəkir. Bunlar baş verənə qədər isə “Beatles”ın “I Feel Fine” (1964) mahnısı ilə fidbek (səs-küy və maneələrin müşayiəti ilə simlərin öz-özünə induksiyalanması) geniş yayılmağa başlamışdı.
Davamı...
Yazar: Zahir Əzəmət @ Mart 19, 2008 14:25
"The Rolling Stones" qrupunu gitaristi Keyt Riçards məşhur britaniyalı müğənni Emi Uaynhausa öz sağlamlığının qeydinə qalmağı, alkoqol və narkotiklərin istifadəsindən imtina etməyi məsləhət görüb. “The Mail on Sunday" qəzetinə verdiyi müsahibədə Riçards bildirib ki, Emi onun ən sevimli müğənnisidir. Onun sözlərinə görə blüz və rok-n-roll klassikləri Robert Conson, Maddi Uoters, Çak Berri və Cimmi Rid istisna olmaqla, heç bir müasir ifaçıları dinləmir.
Davamı...
Yazar: Zahir Əzəmət @ Fevral 14, 2008 22:53
Qrupun adı: “Rammstein” – alman metal qrupu 1994-cü ildə yaranmışdır. Öz musiqi stillərini onlar Tanz-Metal, və yaxud “dans-metal” adlandırırlar, hansı ki özündə elektron musiqi, metal və industrialın elementlərini birləşdirir. Sadəcə almanca musiqi yaradırlar və “Rammstein”ın qurulduğu 1994-cü ildən indiyə kimi dünya miqyasında 12 milyon albom satmışlar. Qrupun adı ilə bağlı isə çoxlu və maraqlı informasiyalar vardır. İlk öncə, belə qəbul olunmuşdur ki, bu ad qərbi alman şəhəri (qəsəbəsi) olan Ramştayndan (alm. Ramstein) götürülmüşdür.
Davamı...
Yazar: Zahir Əzəmət @ Fevral 11, 2008 6:39
Hər gün savaşla yaşayıram
Hər gün qəlbimdəki savaşla yaşayıram
Artıq savaşla yaşayıram
Və şəfəq söküləndə yoldaşımı görürəm
Cəbhədə öldürürürk və öldürülürük
Və gecə düşəndə barış üçün dua edirəm
Barışı xatırlamağa çalışıram
Davamı...
Yazar: Zahir Əzəmət @ Fevral 11, 2008 6:15
"The Piper At The Gates Of Dawn" albomundan
Astronomy Domine
Pastel ve duru bir yeşil, ikinci perde
Bir zamanlar bildiğin maviliğin ortasında bir savaş.
Süzülürken aşağı, yankılanıyor ses
Yeraltındaki donmuş suların çevresinde
Jüpiter, Satürn, Oberon, Miranda
Ve Titania, Neptün, Titan
Yıldızlar korkabilir...
Davamı...
Yazar: Zahir Əzəmət @ Fevral 10, 2008 23:46

Fevralın 2-də Azərbaycanı «Eurovision» müsabəqisində təmsil edəcək işitirakçının adı açıqlandı. Həmin gün mübarizə aparan, lakin qalib adını qazanmayanlardan biri «Unformal» qrupu idi. Bu qrup barəsində Ukraynanın tanınmış prodüseri Vitaliy Klimov TrendLife-a bunları bildirdi:
- «Unformal» qrupu gözləmədiyimiz şou nümayiş etdirdi. Qrupun üzvlərilə yaxın dostum, prodüser Semyon Qorov işləyib. Düzünü desək, biz istədiyimizə nail olduq.
Davamı...
Yazar: Zahir Əzəmət @ Fevral 10, 2008 18:32
İngiltərədə "rock - n - roll" musiqi termini olaraq, ilk dəfə 1956-cı ildə BBC kanalının "The Goon Show" ("Gicbəsərlər şousu") proqramında " Bloodnock`s rock and roll call" mahnısı səslənərkən işlədilib. ABŞ-da "rock" adlı ilk mahnı 1949-cu ildə saksafonçu Uayld Bill Mur tərəfindən bəstələnib;
Davamı...
Yazar: Zahir Əzəmət @ Fevral 10, 2008 17:19
İndoneziyanın qərbində, Cava əyalətində rok konserti zamanı əmələ gələn insan izdihamı zamanı 10 nəfərin öldüyü və yaralandığı bildirilir.
Polis orqanlarının verdiyi məlumata görə, hadisə İndoneziyada çox az məhşur olan yerli bir rok qrupunun konserti zamanı baş verib.
Davamı...
Yazar: Zahir Əzəmət @ Fevral 10, 2008 9:26
"İstərdik ki, bizə qulaq asan gözlərini açaraq, fikrə getsin və Kantı, Nitsşeni, Herman Hesseni həmən anlasın"
Yəqin ki, çoxlarına İranda rok qrupunun olması, təəccüblü gələcək. Deyəcəklər: doğrudanmı, İslam dövlətində hər şeyə etiraz edən musiqi janrının təşəkkül tapması mümkündür? Bəli, dostlar mümkündür. Həm də çox maraqlı bir adda- "Zeytoon". Bu qrup Ərsalan Müdərris tərəfindən 1997-ci ildə Təbriz şəhərində yaradılıb. On ildir fəaliyyət göstərməsinə baxmayaraq, "Zeytoon" qrupunun hələ də albomu yoxdur. Səbəbləri kifayət qədərdir. Ən böyük səbəb isə...
Yaxşısı budur, qrupun üzvlərini - Lead Guitar və vokalçı Ərsalanı, baş gitaraçı Amacı, ritm gitaraçı Fərzanı və zərb alətlərinin ifaçısı Bəhramı dinləyək.
Davamı...
Yazar: Zahir Əzəmət @ Fevral 10, 2008 3:51
Stoner-rock, rok musiqisinin janrlarından biridir. Amma bu janr hələ ki, (məsələn, heavy metal, rok-n-rol kimi) təşəkkül tapmayıb, cizgiləri və stili tam ayrılmayıb. Mahiyyətcə onu psixodeliya və space-rock-dan yığılmış, melodik ifa olunan hard-rock-a bənzətmək olar ("Black Sabbath" və "Hawnwink" qruplarının mahnılarının qarışığını təsəvvür edin). Bu janr üçün kompozisiyaların improvizələri xarakterikdir. Müəyyən mənada stoner-rock həm də retrodur. Bir sözlə, əgər siz ağır səsli caz improvizasiyası eşitmisinizsə, eyni zamanda, musiqi aydın melodikliyi ilə seçilirsə, deməli, bu, stoner-rock-dur.
Davamı...
Yazar: Zahir Əzəmət @ Fevral 10, 2008 3:40
Görəsən, "rok-musiqi nədir" sualına konkret cavab tapmaq bizi xoşbəxt edəcəkmi? Çətin... Rok musiqiçilərin hər il keçirilən Konvensiyasında amerikan populyar musiqisinin patriarxı sayılan Willi Nelson ilk baxışda çox məsum görünən bir sual verməklə yatmış vulkanı oyatdı - çoxdandır heç kəs terminaloji məsələləri müzakirəyə çıxarıb baş sındırmırdı. Willi Nelson isə öz həmkarlarından bu haqda soruşdu: "Bizim hamımıza elə gəlmirmi ki, rok-musiqi artıq mövcud deyil? Mən səsyazma sənayesinin bu il istehsal etdiklərinin hamısına qulaq asdım və anladım ki, təkcə qızcığaz Pinkin "Dear Mr. President" mahnısı rok-musiqinin kriteriyalarına uyğun gəlir: yəni siyasi və sosial əhəmiyyətli mətni olan rock-n-roll".
Davamı...
Yazar: Zahir Əzəmət @ Fevral 10, 2008 3:35

"Mənim mahnılarımın sözləri çox sadə olsa da, qəlbimlə hiss etdiklərimdir"
Onları ya sevirdilər, ya da nifrət edirdilər. Onları ya 70-ci illər klassik rokunun restavratorları adlandırırdılar, ya da Led Zeppelinin həyasız plagiatorları. Onlar bu günədək mübahisə mövzusudur. Birmənalı təqdimata, sabit heyətə və dəqiq stilistik sərhədlərə malik olmayan qrup dinləyiciyə ovqat musiqisi təqdim edirdi, hansında ki enerjidən başqa incə, sezilməyən nəsə yenə var... Kosmik, amma müvəqqəti olmayan. Canlı və dinləyicinin də ruhuna məhz bununla yol tapan musiqi.
Davamı...
Yazar: Zahir Əzəmət @ Fevral 10, 2008 3:22

Bioqrafiyası
Janis Joplin 19 yanvar 1941-ci ildə ABŞ-ın Texas ştatında dünyaya gəlib. Doğulduğu qəsəbədə heç kəsin gözünə dəymədən uzun zaman ömür sürüb. Folk və blues dinləyən gənc Janis yaşadığı qəsəbədə bluesa marağı olan digər insanları axtarmağa başladı və birdən həyatında hər şey dəyişdi. Artıq səssiz Janisdən əsər-əlamət qalmamışdı. Hər kəs onu görəndə dilində Bessie Smith, Odetta mahnılarını zümzümə etdiyinin şahidi olurdu. Baş verən hadisələrdən daima xəbərdar olan Joplin, qara dərililərə qarşı haqsızlığa dözməyib “Qaralar Hərəkatı”na qoşuldu. Və qara dərililərin haqları uğrunda mübarizəyə başladı. O, vaxtlar Janisi qara dərililərə dəstək olduğu üçün “Ağ ləkə” adlandırırdılar. 1961-ci ildə, Janis kolleçdə oxuduğu dövrdə, artıq “Hippi Hərəkatı”na qoşulmuşdu. Onlar kimi içki içir, özünə qapanaraq bir ömür sürürdü.
Davamı...
Yazılar cəmi: 19